​Ekspertlər: İŞİD-ə qarşı birgə mübarizədə Azərbaycanın rolu əhəmiyyətli dərəcədə arta bilər

​Ekspertlər: İŞİD-ə qarşı birgə mübarizədə Azərbaycanın rolu əhəmiyyətli dərəcədə arta bilər "Azərbaycan terrorizmlə mübarizəni özünün və regional təhlükəsizliyin təmin olunması baxımından mühüm istiqamət hesab edir"
Region
9 Oktyabr , 2015 16:23
​Ekspertlər: İŞİD-ə qarşı birgə mübarizədə Azərbaycanın rolu əhəmiyyətli dərəcədə arta bilər

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Rusiya çox güman ki, bütün iştirakçı dövlətlərlə, o cümlədən Azərbaycanla da Suriyada terrorçuların hədəflərinə endirilən son raket zərbələrini razılaşdırıb"

"Report" xəbər verir ki, bu barədə "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə "Suriyada müharibə və Azərbaycan və Cənubi Qafqazın təhlükəsizliyinə mümkün risklər" mövzusunda ekspertlərin keçirdiyi mətbuat konfransında bildirib.

"Azərbaycan terrorizmlə mübarizəni özünün və regional təhlükəsizliyin təmin olunması baxımından mühüm istiqamət hesab edir və ona görə də terrorçulara zərbə vuracaq hər hansı bir addım Azərbaycan tərəfindən rəğbətlə qarşılanır. Bu baxımdan İŞİD tərəfindən olan risk və təhdidlərin neytrallaşdırılması üçün bütün regional oyunçuların sıx əməkdaşlığının aktivləşməsi istisna deyil. Bu halda İŞİD terrorçularına qarşı birgə əməliyyatlarda Azərbaycanın rolu və önəmi əhəmiyyətli dərəcədə artır", - İ.Vəlizadə bildirib.

Bakı Dövlət Universitetinin kriminalistika və məhkəmə ekspertizası kafedrasının müdiri professor Kamil Səlimov isə qeyd edib ki, regionda həyata keçirilən antiterror əməliyyatları bir neçə parametrinə görə genişmiqyaslı müharibədən fərqlənir: "Birincisi, belə əməliyyatlar çoxlu vəsait tələb edir, ikincisi, buraya məhdud sayda hərbi arsenal və texnika cəlb olunub". 

O əlavə edib ki, Rusiyanın regiondakı hərəkətləri kifayət qədər hazırlanmış və hesablanmışdır, həmçinin onlar konkret məqsədlər güdür: "Rusiya Suriya ordusunu əvəz etməyə çalışmır, o, yalnız orduya terrorçularla səmərəli mübarizə aparmağa yardım edir".

Öz növbəsində, politoloq Tofiq Abbasov bölgədə iki qeyri-mütənasib koalisiya olduğunu hesab edir: "ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya 50-dən yuxarı ölkə daxildir, Rusiyanın iştirak etdiyi koalisiyada isə 10-dan çox ölkə təmsil olunub və onların sayı artmaqda davam edir. Bu isə son nəticədə soyuq müharibəyə səbəb ola bilər. Hər iki koalisiyanın müxtəlif məqsədləri var və ölkələr ortaq məxrəcə gəlməkdən çox uzaqdırlar".

Son xəbərlər

Orphus sistemi