Yuxarı

Əhmədinejadın I müavini həbs edilib

Məhəmmədrza Rəhimi korrupsiya ittihamı ilə 5 il 91 gün müddətinə azadlıqdan məhrum olunub

Bakı. 22 yanvar. REPORT.AZ/ İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın birinci müavini olmuş Məhəmmədrza Rəhimi "korrupsiya ittihamı" ilə 5 il 91 gün müddətinə azadlıqdan məhrum edilib.

"Report" İranın "İRNA" agentliyinə istinadən xəbər verir ki, Tehranın Ağır Cinayət işləri üzrə Məhkəməsi bir müddət öncə Rəhiminin 15 il müddətinə azadlıqdan məhrum olunması, 826 min dollar geri qaytarması, ayrıca 290 min dollar məbləğində cərimə ödəməsi haqda hökm çıxarmışdı.

Prezidentin keçmiş birinci müavininin qərara etirazı əsasında cəza müddəti 15 ildən 5 il 91 günə endirilib və o, həbs olunub.

Məlumata görə, o, birinci müavin olduğu dövrdə də bir sığorta şirkətindən "rüşvət almaqda" suçlanırdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi