Əhmədinejadın I müavini həbs edilib

Əhmədinejadın I müavini həbs edilib Məhəmmədrza Rəhimi "korrupsiya ittihamı" ilə 5 il 91 gün müddətinə azadlıqdan məhrum olunub
Region
22 Yanvar , 2015 12:47
Əhmədinejadın I müavini həbs edilib

Bakı. 22 yanvar. REPORT.AZ/ İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın birinci müavini olmuş Məhəmmədrza Rəhimi "korrupsiya ittihamı" ilə 5 il 91 gün müddətinə azadlıqdan məhrum edilib.

"Report" İranın "İRNA" agentliyinə istinadən xəbər verir ki, Tehranın Ağır Cinayət işləri üzrə Məhkəməsi bir müddət öncə Rəhiminin 15 il müddətinə azadlıqdan məhrum olunması, 826 min dollar geri qaytarması, ayrıca 290 min dollar məbləğində cərimə ödəməsi haqda hökm çıxarmışdı.

Prezidentin keçmiş birinci müavininin qərara etirazı əsasında cəza müddəti 15 ildən 5 il 91 günə endirilib və o, həbs olunub.

Məlumata görə, o, birinci müavin olduğu dövrdə də bir sığorta şirkətindən "rüşvət almaqda" suçlanırdı.

Son xəbərlər

Orphus sistemi