Yuxarı
    Bağlamaq

    Əhməd Hamdi Gürdoğan: “Xəzər dənizində yeni dalğaqıran gəmilər istifadəyə verilməlidir”

    Batumidən Azərbaycana 12 saata daşınan yüklər bəzən Azərbaycandan Qazaxıstana çox gec çatır© Report.az

    Tbilisi. 3 may. REPORT.AZ/ “Məqsədimiz Azərbaycan ilə birlikdə Böyük İpək Yolu və digər vasitələrlə beynəlxalq yük daşınmalarının həcmini artırmaq, vaxt itkisinin qarşısını almaq, bunun üçün yeni logistik mərkəzlər yaratmaqdır”.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Şərqi Qara dəniz İxracatçılar Birliyinin İdarə Heyətinin sədri Əhməd Hamdi Gürdoğan söyləyib.

    “Bu gün biz Türkiyədən Gürcüstan və Azərbaycandan keçməklə Qazaxıstan və digər ölkələrə gəmi və bərələr vasitəsilə yük daşıyırıq. Batumidən Azərbaycana 12 saata daşınan yüklər bəzən Azərbaycandan Qazaxıstana çox gec çatır. Buna Xəzər dənizində baş verən qasırğa, hündür dalğalar, bir sözlə, kəskin hava şəraiti səbəb olur. Biz Xəzər dənizi vasitəsilə beynəlxalq yük daşınmalarının həcmini artırmaq və vaxt itkisinin qarşısını almaq üçün Azərbaycanda mövcud olan logistik mərkəzlərin inkişafına dəstək vermək, yeni logistik mərkəzi açmaqla dənizə yeni dalğaqıran gəmilərin buraxılmasını istəyirik”, - o deyib.

    Ə.H.Gürdoğan bildirib ki, artıq bununla bağlı Azərbaycana təkliflər verilib və iki gündən sonra Bakıda keçiriləcək Azərbaycan-Türkiyə biznes forumunda da müzakirə olunacaq.

    Onun sözlərinə görə, Azərbaycan beynəlxalq yük daşınmalarında mühüm rol oynayır: "Eyni zamanda, Böyük İpək Yolunu Azərbaycansız istismarının və inkişafını təsəvvür etmək olmur. Lakin bəzən bizdən asılı olmayan problemlər də yaranır. Məqsədimiz birlikdə həmin problemləri həll etmək, Asiya ilə Avropanı birləşdirən böyük layihələrin tez bir zamanda həyata keçirilməsinə nail olmaqdır. Bu layihələr bizim inkişafımızda mühüm rol oynayır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi