Bakı. 17 May. REPORT.AZ/ Təxminən beş dəqiqə müddətində Türkiyə ərazisində uçuş edən Suriyaya məxsus helikopterin Türk Hərbi Hava Qüvvələrinin F-16 tipli qırıcısı təyyarərələri tərəfindən vurulduğu məlum olub.
"Report" Türkiyənin "Hurriyet" gazetinə istinadən xəbər verir ki, hadisəyə münasibətini bildirən Baş nazir Əhməd Davutoğlu: "Türkiyə öz sərhədlərini pozanlara qarşı sərt tədbirlər almağa hazırdır. Ümidvaram ki, bir daha belə bir cəhd təkrarlanmaz", - deyib.
Faktı təsdiqləyən Türkiyənin müdafiə naziri İsmət Yılmaz isə deyib ki, vurulan hava nəqliyyatının növü həqiqətən də hərbi helikopterdir.