Yuxarı
    Bağlamaq

    Əhməd Davudoğlu: Yeni bir Qafqaz quraq

    Qafqazı sülhün və əminəmanlığın təmin olunduğu, ədalətin bərqərar olduğu regiona çevirək

    Bakı. 6 May. REPORT.AZ/ Türkiyənin Baş naziri Əhməd Davudoğlu ötən axşam İğdır vilayətində hakim Ədalət və İnkişaf Partiyasının mitinqində çıxış edib.

    "Report"un Türk mediasına istinadən verdiyi xəbərə görə, Ə.Davudoğlu bəyan edib ki, rəsmi Ankara bütün qonşu regionlarda, həmçinin Qafqazda da, daimi sülhün bərqərar olmasının tərəfdarıdır.

    O, qeyd edib ki, Çanaqqala zəfərinin 100 illik yubileyinə həsr olunan tədbirlər keçirilən zaman müəyyən xarici qüvvələr Türkiyədə qarşı qaralama kampaniyası başlatmışdı.

    "Xalqımızı 100 il əvvəl baş verən hadisələrlə bağlı tamamilə əsassız bir şəkildə ittiham etməyə çalışdılar. Ancaq hərkəs çox yaxşı bilir ki, əsl cavabdeh olan tərəf kimdir. Çərkəz xalqının başına tarixən kim bəlalar gətirdi? Azərbaycanlılara Xocalıda nə oldu? Gürcüləri qatarlara dolduraraq Sibirə göndərənlər kimlərdi? Məshəti türklərin fəlakəti niyə baş verdi? Krım tatarlarına nə oldu? Biz bu kədəri hər zaman qəlbimizdə daşıdıq", - deyə Türkiyə hökumət başçısı vurğulayıb.

    Qazqaz xalqlarına səslənən Ə.Davudoğlu, "Gəlin, tamamilə yeni bir Qafqaz quraq. Bu bölgəni sülhün və əminəmanlığın təmin olunduğu, insanların yaşayış səviyyəsinin yüksək olduğu, ədalətin bərqərar olduğu enerji regionuna çevirək. Tarixi düşmənliyi yaddan çıxaraq ", - çağırışı edib.

    Onun sözlərinə görə, rəsmi Ankara sülh siyasətinin tərəfdarıdır, ancaq ədalətsizlik qarşısında da "Ağrı Dağı kimi başı dik dayanmağa hazırdır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi