​Əhməd Davudoğlu: "Türkiyəyə yeni köynək biçilməsinə yol verməyəcəyik"

​Əhməd Davudoğlu: "Türkiyəyə yeni köynək biçilməsinə yol verməyəcəyik" Ədalət və İnkişaf Partiyasının sədri:"Hədəfimiz AKP-ni yeniləyərək yeni Türkiyə qurmaqdır"
Region
11 İyun , 2015 15:00
​Əhməd Davudoğlu: Türkiyəyə yeni köynək biçilməsinə yol verməyəcəyik

Bakı. 11 iyun. REPORT.AZ/ "Koalisiya hökumətinin bu və ya başqa modeli ilə bağlı kiminsə irəli sürdüyü ideya əsasında Türkiyəyə yeni bir köynək biçilməsini istəmirik və buna yol verməyəcəyik".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu iyunun 7-də keçirilən parlament seçkilərində 40,87% səslə parlamentdə 258 millət vəkil yeri qazanan Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, Türkiyənin baş naziri səlahiyyətlərini icra edən Əhməd Davudoğlu bildirib.

"AKP-nin dövrü bitdi", - deyənlər bilməlidir ki, AKP bu gün də, sabah da, yaxın və uzaq gələcəkdə də Türkiyə siyasətini idarə edəcək və etdirəcək",- o bildirib.

Ə.Davudoğlu partiyanın vilayət sədrlərinin genişləndirilmiş toplantısında çıxışı zamanı deyib: "AKP iqtidara gəlsəydi, seçkinin səhəri gün ölkədə xaos yaratmağa çalışan qüvvələr var idi. Biz buna da hazırlıqlı idik. İndi fərqli mənzərə yaranıb. AKP ilə bağlı bəzi oyunlar oynamaq istəyənlər var. AKP ötəri konyukturaya görə yaranan bir partiya deyil. Yürüşümüzü son mənzilə çatanadək davam etdirəcəyik. Hansı məsələdə olursa-olsun, AKP ölkənin 81 əyalətində pozuculuq ssenarilərinin gerçəkləşməsinə imkan verməyəcək. Hədəfimiz AKP-ni yeniləyərək yeni Türkiyə qurmaqdır".

AKP-nin kənardan, xaricin diqtəsi ilə qurulan partiya olmadığını vurğulayan Əhməd Davudoğlu gələcək fəaliyyətlərində xalqdan aldıqları mesajları dəyərləndirəcəklərini və qapının həmişə açıq olduğunu bildirib. 

Son xəbərlər

Orphus sistemi