​Əhməd Davudoğlu MHP lideri Dövlət Bağçalı ilə koalisiya hökumətinin qurulmasını müzakirə edib

​Əhməd Davudoğlu MHP lideri Dövlət Bağçalı ilə koalisiya hökumətinin qurulmasını müzakirə edib Görüş Türkiyə Böyük Millət Məclisinin binasında gerçəkləşib
Region
14 İyul , 2015 17:15
​Əhməd Davudoğlu MHP lideri Dövlət Bağçalı ilə koalisiya hökumətinin qurulmasını müzakirə edib

Bakı. 14 iyul. REPORT.AZ/ Türkiyədə koalisiya hökumətinin qurulması üçün baş nazir səlahiyyətlərini icra edən Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu ikinci rəsmi görüşünü Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə keçirib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Görüş Türkiyə Böyük Millət Məclisinin binasında gerçəkləşib. Müzakirə 1 saat 45 dəqiqə sürüb.

Ə.Davudoğlunu əmək və sosial təminat naziri Faruq Çelik, AKP-nin parlament fraksiyalarından birinin rəhbəri Mahir Ünal, AKP-nin baş katibi Haluk İpek, keçmiş nəqliyyat naziri Lütfi Elvan, AKP-dən olan millət vəkili Ertan Aydın, MHP lideri Dövlət Bağçalını isə Oktay Vural, Semih Yalçın, Mustafa Kalaycı, İsmet Büyükataman, Kənan Tanrıkulu müşayiət edib.

Xatırladaq ki, ötən gün AKP lideri Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu ilə görüşüb. Ə.Davudoğlunun üçüncü görüşü isə iyulun 15-də Xalqların Demokratik Partiyasının həmsədrləri Səlahəttin Dəmirtaş və Firgen Yüksəkdağla olacaq.

Birinci görüşdə partiya sədrləri yeni hökumətin qurulması ilə bağlı öz şərtlərini irəli sürəcək.

Ramazan bayramından sonrakı ikinci turdakı görüş koalisiya qurmaq ehtimalı ən çox olan siyasi partiya lideri ilə keçiriləcək.

Qeyd edək ki, avqustun 23-dək hökumət qurulmalıdır. Əks halda növbədənkənar parlament seçkiləri keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi