Yuxarı
    Bağlamaq

    ​Əhməd Davudoğlu koalisiya ilə bağlı ilk turun son görüşünü keçirib

    Görüş 1 saat 58 dəqiqə çəkib

    Bakı. 15 iyul. REPORT.AZ/ Bu gün koalisiya hökumətinin qurulması üçün Türkiyənin baş naziri səlahiyyətlərini icra edən Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu üçüncü və birinci turda sonuncu rəsmi görüşünü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəttin Dəmirtaş və Firgen Yüksəkdağla keçirib.

    "Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

    Əhməd Davudoğlunun mülki dövlət nömrə nişanlı maşınla gəldiyi görüş HDP-nin qərargahında baş tutub.

    Görüş 1 saat 58 dəqiqə çəkib.

    Əhməd Davudoğlunu baş nazirin müavini Yalçın Akdoğan, ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehdi Eker, keçmiş daxili işlər naziri Efkan Ala, AKP-nin Adyamandan olan millət vəkili Adnan Boynukara və partiyanın Ərzurumdan olan deputatı Zəhra Taşkəsənlioğlu müşayiət edib.

    Partiya qərargahının üçüncü mərtəbəsində AKP lideri ilə keçirilən görüşə həmsədrlərlə yanaşı, deputatlar İdris Baluken, Pərvin Buldan, Sırrı Süreyya Öndər və Zeyneb Karaman da qatılıb.

    Xatırladaq ki, iyulun 13-də AKP lideri Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlu, iyulun 14-də Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı ilə görüşüb.

    Birinci görüşdə partiya sədrləri yeni hökumətin qurulması ilə bağlı öz şərtlərini irəli sürüb.

    Qeyd edək ki, MHP lideri koalisiya hökumətində iştirak etməyəcəklərini ilk görüşdə açıq şəkildə bildirib.

    Ramazan bayramından sonrakı ikinci turdakı görüş koalisiya qurmaq ehtimalı ən çox olan siyasi partiya lideri ilə keçiriləcək.

    Qeyd edək ki, avqustun 23-dək hökumət qurulmalıdır. Əks halda növbədənkənar parlament seçkiləri keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi