​Əhməd Davudoğlu: "Kaş Əsəd Moskvada uzun müddətə qalaydı"

​Əhməd Davudoğlu: "Kaş Əsəd Moskvada uzun müddətə qalaydı" Türkiyənin baş naziri: "Biz öz xalqına barbarca basqınlar edən idarəçinin legitimliyinin qalmadığını düşünürük"
Region
21 Oktyabr , 2015 15:11
​Əhməd Davudoğlu: Kaş Əsəd Moskvada uzun müddətə qalaydı

Bakı. 21 oktyabr. REPORT.AZ/ "Kaş Əsəd Moskvada uzun müddətə qalaydı. Suriya xalqı rahat olardı və keçid prosesi də beləcə başlayardı".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu Suriyadakı rejimin başçısı Bəşşar Əsədin Moskvaya səfərinə münasibət bildirərkən deyib.

Ə.Davudoğlu bildirib ki, Türkiyənin Suriya böhranı ilə bağlı siyasəti çox aydındır: "Biz öz xalqına barbarca basqınlar edən idarəçinin legitimliyinin qalmadığını düşünürük. Təəssüf ki, Suriyanı idarə edənlər və Əsəd keçid prosesində belə xalqına zülm etməkdədir. Suriyadan köç etmiş milyonlarla insan öz ölkəsinə sülh gəldiyinə inanmayanadək keçid prosesi uğur qazana bilməz. Suriya Əsəd olan bir prosesi deyil, onun gediş formullarının olduğu bir prosesi yaşamalı və belə bir düstur ortaya çıxarılmalıdır". 

Son xəbərlər

Orphus sistemi