Əhməd Davudoğlu: "CHP qısamüddətli koalisiya hökuməti qurmaq təklifimizi qəbul etmədi" - VİDEO

Əhməd Davudoğlu: "CHP qısamüddətli koalisiya hökuməti qurmaq təklifimizi qəbul etmədi" - VİDEO "Hazırda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi güclü bir ehtimaldır"
Region
13 Avqust , 2015 19:33
Əhməd Davudoğlu: CHP qısamüddətli koalisiya hökuməti qurmaq təklifimizi qəbul etmədi - VİDEO

Bakı. 13 avqust. REPORT.AZ/ "Cümhuriyyət Xalq Partiyası (CHP) qısamüddətli koalisiya hökuməti qurmaq təklifimizi qəbul etmədi". "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin baş naziri səlahiyyətlərini icra edən, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu partiyanın mərkəzi qərargahında keçirdiyi mətbuat konfransında bildirib. 

Onun sözlərinə görə, iki fərqli cərəyandan, ayrı-ayrı siyasi düşərgələrdən gələn siyasi partiyalar olaraq dərin fikir ayrılıqlarının olması adi haldır: "Ancaq xarici siyasət və təhsil başda olmaqla, bəzi sahələrdə də fikir ayrılıqları vardı. Biz CHP-yə qısamüddətli hökumət quraraq, erkən seçkiləri də nəzərə almaqla Türkiyəni hökumətsiz buraxmamağı təklif etdik. Ancaq Kamal Kılıçdaroğlu uzunmüddətli koalisiya hökumətinin tərəfdarı idi. Nəticədə hər iki tərəf koalisiya hökumətinin qurulmasının mümkün olmadığı qənaətinə gəldi. Ancaq bu,Türkiyənin hökumətsiz qalacağı anlamına gəlmir. Biz yenə də səylərimizi davam etdirəcəyik".

Ə.Davudoğlu həmçinin Türkiyənin erkən seçimə getməsi ehtimalının böyük olduğunu vurğulayıb: "Hazırda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi güclü bir ehtimaldır. Hətta tək ehtimal da demək olar". 

Son xəbərlər

Orphus sistemi