Yuxarı
    Bağlamaq

    Əhməd Davudoğlu: "Bu hücumlar Türkiyəni Suriyaya çevirə bilməz"

    Türkiyənin baş naziri: Ötən gecə Ankarada daha bir terrorçu-komikadzenin tutulduğunu da heç kim bilmir

    Bakı. 12 oktyabr. REPORT.AZ/ "Belə partlayışlar və hücumlar Türkiyəni Suriyaya çevirə bilməz. Bu, 2001-ci ilin sentyabrında ABŞ-da, 2004-cü ildə İspaniyada törədilən terror aktları kimi inkişaf etmiş bir ölkəyə edilən hücum mahiyyətini daşıyır".

    "Report" Türkiyənin "NTV" televiziyasına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Əhməd Davudoğlu deyib.

    Baş nazir bildirib ki, hazırda istintaq getdiyindən detalları açıqlamaq istəmir: "Terroru törədənlərdən birinin "DHKP-C"-nin ("İnqilabçı Xalq Qurtuluş Partiyası - Cəbhəsi") Kandildə təlimatlandırdığı terrorçularından olduğunu bilirik.

    Texniki araşdırmalar aparılıb. Bomba yoxdur. İlkin olaraq, İŞİD-lə bağlı məsələni araşdırırıq. Hüquqla davranmaq lazımdır. "DHKP-C" və PKK-nı da təqib edirik. Bu üç qruplaşma bizim üçün günahkar olaraq, görülür".

    Onun sözlərinə görə, 3-4 gün öncə İstanbulda intiharçı-terrorçu partlayış törətməyə hazırlaşdığı zaman tutulub: "Ötən gecə Ankarada daha bir terrorçu-komikadzenin tutulduğunu da heç kim bilmir. Ankarada aksiya keçirilən gün "KCK" ("Kürd İcmaları Birliyi") aksiyaya qatılmayacağını bildirib. Bu, təsadüfidirmi? Bunlara diqqət edilməlidir".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi