Əhməd Davudoğlu: "Biz Türkiyə sərhədlərində "İŞİD"i görmək istəmirik"

Əhməd Davudoğlu: "Biz Türkiyə sərhədlərində "İŞİD"i görmək istəmirik" "Türkiyə ilə ABŞ fikir ayrılığı aradan qalxıb"
Region
27 İyul , 2015 21:32
Əhməd Davudoğlu: Biz Türkiyə sərhədlərində İŞİDi görmək istəmirik

Bakı. 27 iyul. REPORT.AZ/ "Biz Türkiyə sərhədlərində "İŞİD" terror qruplaşmasını görmək istəmirik. Biz Türkiyəyi hədəf alanları hədəf alırıq. Birisi Türkiyə'yi hedəf almamışsa, biz onu hədəf almarıq". "Report" xəbər verir ki, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu ATV və "A Haber" telekanallarında ortaq yayımlanan "Baş nazirlə Gündəm Özəl" proqramında bildirib.

Onun sözlərinə görə, Türkiyə demokratiya ilə İslamın bir arada yaşadığı bir ölkədir: "Türkiyədə bir uğur - millət ilə dövlətin çulğalaşdığı bir hekayə yazılır. Bu hekayə də "İŞİD"in ideologiyasına ziddir. Türkiyə regionda sabitliyin əsas qarantıdır. Bu da regionu xaosa sürükləmək istəyən "İŞİD"in ideologiyasına ziddir. Bütün bunlara baxdıqda "İŞİD"in Türkiyə ilə həm ideoloji, həm də strateji fərqi var".

Ə.Davudoğlu deyib ki, Türkiyə ilə ABŞ fikir ayrılığı aradan qalxıb: "Uçuşa yasaq bölgə əvvəldən bəri müdafiə etdiyimiz bir arqumentdi. Nəhayət, Türkiyə-Suriya sərhəd NATO-nun da mühafizəsi sahəsindədir. Bizim məqsədimiz bütün müttəfiq ölkələrin bizi düzgün başa düşməsidir. Bir çox diplomatik danışıqlar apardıq və başqa görüşlər də planlaşdırırıq. Bu cür təmaslar davam edəcək".

Baş nazir vurğulayıb ki, Türkiyə sərhədlərindəki hər bir hərəkət barədə NATO-ya məlumat vermək vacibdir: "PKK və "İŞİD"ə qarşı aparılan əməliyyatlara güclü ictimai dəstək var. Əməliyyatlar tam nəticə alınana qədər davam edəcək. Bu nəticədə PKK yaraqlılarının və "İŞİD"in ölkə sərhədindən kənara çıxarılmasıdır. "Amerika PKK-nın dostudur" demək ABŞ-ın mövqeyinə zidddir. PKK Amerika qanunlarına görə terror təşkilatıdır. 

Son xəbərlər

Orphus sistemi