Əhməd Davudoğlu: "Biz İraqın təhlükəsizliyi üçün hər cür dəstəyi verməyə hazırıq"

Əhməd Davudoğlu: "Biz İraqın təhlükəsizliyi üçün hər cür dəstəyi verməyə hazırıq" "Türkiyə ilə İraqın terror təşkilatlarına münasibətdə mövqeyi üst-üstə düşür"
Region
25 Dekabr , 2014 20:22
Əhməd Davudoğlu: Biz İraqın təhlükəsizliyi üçün hər cür dəstəyi verməyə hazırıq

Bakı. 25 dekabr. REPORT.AZ/ Türkiyə ilə İraqın terror təşkilatlarına münasibətdə mövqeyi üst-üstə düşür. "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu iraqlı həmkarı Haydar əl-İbadi ilə bu gün keçirdiyi mətbuat konfransında bildirib. 

"Hər iki ölkənin istər son zamanlarda meydana çıxan "İŞİD", istərsə İraq və Suriyanı özlərinə məskən seçən, istərsə də on illərdir İraq ərazisindən Türkiyəyə hücumlar həyata keçirən PKK kimi bütün terror təşkilatlarına qarşı mövqeyi oxşardır. Biz İraqın təhlükəsizliyi üçün hər cür dəstəyi verməyə hazırıq" - Türkiyənin baş naziri deyib. 

Ə.Davudoğlu vurğulayıb ki, həm İraq, həm də Suriyada heç bir əcnəbi döyüşçü olmamalıdır: "Bu baxımdan həm Suriya rejimi, həm "İŞİD", həm də orada hakimiyyət qurmağa çalışan terrorçu təşkilatların tərəfində döyüşən əcnəbilərə Suriya yolu qapadılmalıdır".  

Son xəbərlər

Orphus sistemi