Türkiyə və Yunanıstanda dağıdıcı zəlzələ nəticəsində yaralananların sayı 170-i ötüb, 2 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Türkiyə və Yunanıstanda dağıdıcı zəlzələ nəticəsində yaralananların sayı 170-i ötüb, 2 nəfər ölüb - VİDEO - YENİLƏNİB 6,3 bal gücündə zəlzələ Egey dənizində qeydə alınıb
Region
21 İyul , 2017 07:40
Türkiyə və Yunanıstanda dağıdıcı zəlzələ nəticəsində yaralananların sayı 170-i ötüb, 2 nəfər ölüb - VİDEO - YENİLƏNİB
Foto: Twitter

Bakı. 21 iyul. REPORT.AZ/ Yunanıstan ərazisində baş verən 6,3 bal gücündə dağıdıcı zəlzələ nəticəsində 100-dən çox insan xəsarət alıb.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, onların əksəriyyəti təbii fəlakət zamanı Kos adasında olublar.


***05:18

Bakı. 21 iyul. REPORT.AZ/ İyulun 21-nə keçən gecə Egey dənizinin Türkiyə və Yunanıstan sahillərində 6,7 bal gücündə zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, zəlzə Türkiyənin kurort şəhəri Bodrum və Yunanıstanın Kos adasında hiss olunub.

Yunanıstanda binanın dağılması nəticəsində 2 nəfər ölüb, Türkiyədə isə 70 nəfər xəstəxanalara müraciət edib.

Zəlzələnin episentri Türkiyə sahilindən 10,9 km, Yunanıstanın Kos adasından isə 12 km aralıda dənizin 10 km dərinliyində qeydə alınıb.

Türkiyənin Muğla şəhərinin meri Osman Güronun sözlərinə görə, bəzi insanlar xilas olmaq üçün özlərini binalardan yerə atıblar. O, həmçinin bildirib ki, yeraltı təkanlar nəticəsində xəstəxana binasına ziyan dəyib və bu səbəbdən personal və xəstələr təxliyyə edilib.

Zəlzələ nəticəsində Türkiyə sahillərində sunami yaranıb. Bodrumun bir hissəsini su basıb.

Son xəbərlər

Orphus sistemi