​Egey dənizində qayıq batıb, 22 nəfər suriyalı ölüb

​Egey dənizində qayıq batıb, 22 nəfər suriyalı ölüb Türkiyənin Sahil Xilasetmə Xidmətinin əməkdaşları 211 nəfəri xilas edib
Region
15 Sentyabr , 2015 13:56
​Egey dənizində qayıq batıb, 22 nəfər suriyalı ölüb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Türkiyənin Muğla əyalətinin Datça rayonunda suriyalı qaçqınların olduğu qayığın batması nəticəsində 22 nəfər, o cümlədən, 4 uşaq ölüb. 

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

İlkin məlumata görə, Türkiyənin Sahil Xilasetmə Xidmətinin əməkdaşları 4-ü uşaq olmaqla, 22 nəfərin meyitini dənizdən çıxarıb. Sulara qərq olan 211 nəfər isə xilas edilib. Qayıqda ümumilikdə 250 nəfərə yaxın insan olub.  

Xəbərdə bildirilib ki, hadisə Egey dənizində Datçanın Körmən Mevkisi ərazisi ilə Yunanıstanın İstanköy adası arasında baş verib.

Məlumata görə, qayıqda olanlar Avropa İttifaqı (Aİ) ölkələrinə sığınmaq üçün Türkiyə və Yunanıstan ərazisindən keçmək istəyirmişlər.

Xatırladaq ki, ötən gün Aİ-yə üzv dövlətlərin ədliyyə və daxili işlər nazirlərinin toplantısı olub. Yığıncaqda Avropa Komissiyasının təklif etdiyi 120 min qaçqının birlik ölkələri üzrə bölüşdürülməsi mexanizmi müzakirə olunub. Amma qərarın qəbulu oktyabradək təxirə salınıb.

Aİ dövlətləri ədliyyə və daxili işlər nazirlərinin iclası oktyabrın 8-9-da keçiriləcək.

İlin əvvəlindən isə Avropa İttifaqı ölkələrinə 430 min qaçqın üz tutub.

Son xəbərlər

Orphus sistemi