Əfqanıstandakı terrorçu qruplaşmaların sayı açıqlanıb

Əfqanıstandakı terrorçu qruplaşmaların sayı açıqlanıb Bakı. 19 fevral. REPORT.AZ/ Əfqanıstanda 20-dən çox terrorçu qruplaşma fəaliyyət göstərir.
Region
19 Fevral , 2019 12:56
Əfqanıstandakı terrorçu qruplaşmaların sayı açıqlanıb

Bakı. 19 fevral. REPORT.AZ/ Əfqanıstanda 20-dən çox terrorçu qruplaşma fəaliyyət göstərir.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu MDB-yə üzv dövlətlərin antiterror mərkəzinin rəhbəri Andrey Novikov müşavirədə deyib.

O, fevralın 19-da MDB-yə üzv ölkələrin Antiterror mərkəzlərinin rəhbərlərinin müşavirəsində bildirib: “Tərəfdarlarımızın qənaətincə, təkcə Əfqanıstanda 20-dən çox terrorçu qruplaşma fəaliyyət göstərir. Biz onların ideoloji və siyasi cəhətdən birmənalı olmadığını, maraqlarının ziddiyyətli məqamlarını, habelə ümumi mütəşəkkil cinayətkarlıqla əlaqələrini tamamilə dəyərləndirə bilərik”.

A.Novikov vurğulayıb ki, MDB-yə üzv dövlətlərin təhlükəsizlik, xüsusi xidmət və hüquq-mühafizə orqanları Suriya-İraq, Əfqanıstan-Pakistan zonalarında vəziyyətin mürəkkəb olduğunu bildirirlər.

Qeyd edək ki, müşavirədə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Türkmənistan, Tacikistan, Özbəkistan və Ermənistan nümayəndələri iştirak ediblər. 

Son xəbərlər

Orphus sistemi