Yuxarı
    Bağlamaq

    Əfqanıstan hərbçiləri antiterror əməliyyatı keçirib, 28 terrorçu zərərsizləşdirilib

    Hərbçilər Talibanın 12 silahlısını sağ ələ keçiriblər

    Bakı. 29 yanvar. REPORT.AZ/ Əfqanıstan ordusunun keçirdiyi antiterror əməliyyatı nəticəsində "Taliban"ın 28 silahlısı zərərsizləşdirilib.

    "Report" "Khaama Press"ə istinadən xəbər verir ki, bu haqda Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb.

    Məlumata görə, hərbçilər "Taliban"ın 12 silahlısını tutublar. Onlardan aşkarlanan silah, döyüş sursatı və əldəqayırma partlayıcı quruğular müsadirə edilib.

    Xəbərdə bildirilir ki, əməliyyat ölkənin bir neçə bölgəsində, o cümlədən Pərvan, Nanqahar, Qəzi, Loqar, Uruzqan, Vardak, Qəndahar, Zabul, Baqla, Qunduz, Fəryab, Cauzcan və Bədəxşan əyalətlərində də keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi