Türkiyədə torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşüb

Türkiyədə torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşüb Türkiyənin şimal-qərbində yerləşən Düzcə əyalətində leysan yağışlardan sonra əmələ gələn torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşüb.
Region
23 İyul , 2019 17:35
Türkiyədə torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşüb

Türkiyənin şimal-qərbində yerləşən Düzcə əyalətində leysan yağışlardan sonra əmələ gələn torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşüb.

“Report” TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum bildirib.

“Xilasedicilər itkin düşən 5 nəfərin meyitini tapıb, daha 2 nəfərin axtarışı davam edir. 474 binaya ziyan dəyib, 66 bina risk bölgəsindədir. Həmin binaların sakinləri təxliyyə ediləcək”, - deyə nazir vurğulayıb.

Bildirilib ki, iyulun 17 və 18-də yağan leysan yağış Cumayeri, Gölyaka və Akçakoca rayonlarından keçən Melen çayının daşmasına səbəb olub. Ona görə də bəzi yerlərdə sel və torpaq sürüşməsi əmələ gəlib. Kəndlərdə ağır şəraitdə qalan 227 nəfər təxliyyə olunub.  

Son xəbərlər

Orphus sistemi