Cənubi Qafqazda təbii fəlakət riskinin azaldılması üzrə əməkdaşlıq məsələləri Düşənbədə müzakirə ediləcək

Cənubi Qafqazda təbii fəlakət riskinin azaldılması üzrə əməkdaşlıq məsələləri Düşənbədə müzakirə ediləcək Görüş iyulun 12-14-də keçiriləcək
Region
8 İyul , 2016 11:03
Cənubi Qafqazda təbii fəlakət riskinin azaldılması üzrə əməkdaşlıq məsələləri Düşənbədə müzakirə ediləcək

Bakı. 8 iyul. REPORT.AZ/ İyulun 12-14-də Düşənbədə təbbi fəlakət riskinin azaldılması üzrə Mərkəzi Asiya və Cənubi Qafqaz Regional Platformasının ilk iclası keçiriləcək.

"Report" "Asia Plus"a istinadən xəbər verir ki, görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və s. ölkələrin fövqəladə hallar nazirlərinin iştirak edəcəyi gözlənilir.

İclas "2015-2030-cu illərdə təbii faləkət riskinin azaldılması üzrə Senday çərçivə proqramı" üzrə tövsiyələrin həyata keçirilməsi məqsədilə keçiriləcək.

Yığıncaqda xüsusi diqqət təbii fəlakət riskinin azaldılması sahəsində regional əməkdaşlığa yönəldiləcək.

Son xəbərlər

Orphus sistemi