​Dünya liderləri Türkiyə və Rusiya prezidentlərini görüşə çağırır

​Dünya liderləri Türkiyə və Rusiya prezidentlərini görüşə çağırır Fransa prezidenti Fransua Olland Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin görüşməsi üçün vasitəçilik edir
Region
30 Noyabr , 2015 10:18
​Dünya liderləri Türkiyə və Rusiya prezidentlərini görüşə çağırır

Bakı. 30 noyabr. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya rəhbəri Vladimir Putinin görüşməsi üçün vasitəçilik edir.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu gün Parisdə başlayan iqlim dəyişikliyinə dairə beynəlxalq konfransa Türkiyə və Rusiya liderləri də qatılacaq. R.T.Ərdoğanla V.Putinin Parisdə bir araya gəlməsi üçün Fransa prezidenti ilə yanaşı, Almaniyanın kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron da Türkiyə və Rusiya prezidentlərini görüşə dəvət edəcəkləri gözlənilir.

Qeyd edək ki, bu gün Parisdə BMT-nin iqlim dəyişikliyi üzrə 21-ci konfransı (COP21) başlayır. Forumun işində 150-yə yaxın dövlət və hökumət başçısı, o cümlədən ABŞ prezidenti Barak Obama, Rusiyanın dövlət başçısı Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kemeron, Çin prezidenti Si Tszinpin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və başqaları iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi