“Dünya Bankı və Azərbaycan arasında olduqca mükəmməl və uğurlu əməkdaşlıq var”.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Dünya Bankının (DB)
O, bu yaxınlarda Azərbaycana etdiyi səfəri çərçivəsində bir sıra yüksək səviyyəli şəxslərlə görüşlər keçirdiyini deyib: “Bakıdakı görüşlər olduqca uğurlu keçib. Görüşlərdə Dünya Bankının Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasınıdakı rolu barədə müzakirələr aparılıb. Bununla yanaşı, bankın Azərbaycanda məmnuniyyətlə dəstəkləyə biləcəyi bir sıra potensial intervensiya və layihələr də nəzərdən keçirilib”.
S.Molineus deyib ki, Azərbaycanda müzakirə etdiyi layihələr məhkəmə islahatları, bərk tullantıların idarə olunması, təhsil və digər bir sıra sahələri əhatə edib. Regional direktor bu sahələrin Azərbaycanın davamlı iqtisadi inkişafı və ölkədə həyata keçirilən islahatlar üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
DB rəsmisi noyabrın ayının sonu dekabrın ayının əvvəlində Azərbaycana yenidən səfər edəcəyini bildirib. O, səfər çərçivəsində Azərbaycanın yeni baş naziri
Qeyd edək ki, S.Molineus DB-nin Cənubi Qafqaz üzrə regional direktoru kimi bu il iyulun 1-dən fəaliyyət göstərməyə başlayıb. O, bu ilin sentyabrın 25-də Azərbaycana ikigünlük səfər edib.