Dünya Bankı: Rusiya iqtisadiyyatındakı tənəzzül 2015-ci ildə 3,8% təşkil edəcək

Dünya Bankı: Rusiya iqtisadiyyatındakı tənəzzül 2015-ci ildə 3,8% təşkil edəcək "İqtisadi sanksiyalar Rusiya iqtisadiyyatının strukturunu dəyişə bilər"
Region
2 Aprel , 2015 10:50
Dünya Bankı: Rusiya iqtisadiyyatındakı tənəzzül 2015-ci ildə 3,8% təşkil edəcək

Bakı. 1 aprel. REPORT.AZ/ 2015-ci ildə Rusiyada iqtisadi inkişaf 3,8% azalacaq, 2016-cı ildə isə inkişaf templəri 0,3% enəcək. "Report" xəbər verir ki, bu barədə Dünya Bankının Rusiya iqtisadiyyatına dair məruzəsində deyilir. Məruzənin müəllifləri bu mənfi proqnozu onunla izah edirlər ki, Rusiya hökuməti böyük infrastruktur layihələrin həyata keçirilməsini təxirə salır, özəl investorlar isə öz investisiya proqramlarını ixtisar edirlər. 

Dünya Bankının məruzəsində deyilir ki, 2014-cü ildə iqtisadi artım templərinin azalmasının əsas səbəblərindən biri Rusiya iqtisadiyyatında ciddi struktur problemlərindən irəli gələn aşağı investisiya tələbatı olub. Ötən ilin sonlarında vəziyyəti xarici ticarət şərtlərinin pisləşməsi, geosiyasi durumun qeyri-müəyyənliyi və iqtisadi sanksiyalar çətinləşdirib. 

Rusiya iqtisadiyyatının 2014-cü ildə qarşılaşdığı mənfi amillərin olmasına baxmayaraq, ölkə hələ ki, tənəzzülün qarşısını ala bilir. "Neftin qiymətinin kəskin düşməsi yalnız ötən ilin son rübündə iqtisadiyyata təsir etməyə başlayıb və onun nəticələri, çox güman ki, 2015 və 2016-cı illərdə özünü daha çox büruzə verəcək", - Dünya Bankının Rusiya Federasiyası üzrə baş iqtisadçısı və məruzənin əsas müəllifi Birqit Hansl bildirib. 

Məruzədə qeyd olunub ki, sanksiyaların iqtisadiyyata təsiri böyük ehtimalla, uzun müddət ərzində müşahidə olunacaq. "Beynəlxalq təcrübə göstərir ki, iqtisadi  sanksiyalar Rusiya iqtisadiyyatının strukturunu və Rusiyanın dünya məkanına inteqrasiya yollarını dəyişə bilər", - Dünya Bankının Rusiya Federasiyası üzrə direktoru və daimi nümayəndəsi Mixal Rutkovski vurğulayıb. 

Orta müddətli perspektivdə Rusiyada iqtisadi artım üçün əsas risk investisiyaların və kredit ehtiyatlarının çatışmazlığı olacaqdır.

Son xəbərlər

Orphus sistemi