Dubay aeroportunda Ermənistandan olan kriminal avtoritet saxlanılıb

Dubay aeroportunda Ermənistandan olan kriminal avtoritet saxlanılıb Bakı. 30 iyul. REPORT.AZ/ Dubay aeroportunda axtarışda olan ermənistanlı kriminal avtoritet saxlanılıb.
Region
30 İyul , 2018 16:34
Dubay aeroportunda Ermənistandan olan kriminal avtoritet saxlanılıb

Bakı. 30 iyul. REPORT.AZ/ Dubay aeroportunda axtarışda olan ermənistanlı kriminal avtoritet saxlanılıb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, İnterpolun Birləşmiş Ərəb Əmirliklərindəki Milli Mərkəzi Bürosundan Ermənistan bürosuna iyulun 30-da Dubay hava limanında axtarışda olan 1971-ci il təvəllüdlü Aram Vardanyanın saxlanıldığı bağlı məlumat daxil olub.

Artıq A.Vardanyanın ekstradisiya proseduruna başlanması üzrə tədbirlər görülüb.

Qeyd edək ki, A.Vardanyan krimimnal aləmdə daha çox "Vstreçi aper" ləqəbi ilə tanınır.

Son xəbərlər

Orphus sistemi