Dövlət katibi: “Rusiyanın təcavüzünə qarşı NATO-nun cavab tərdbirlərini müzakirə edəcəyik”

Dövlət katibi: “Rusiyanın təcavüzünə qarşı NATO-nun cavab tərdbirlərini müzakirə edəcəyik” "Biz NATO-nun Rusiyanın Ukraynaya və başqa yerlərə təcavüzü ilə bağlı mövqeyini müzakirə etmək istəyirik”
Region
31 Mart , 2017 19:12
Dövlət katibi: “Rusiyanın təcavüzünə qarşı NATO-nun cavab tərdbirlərini müzakirə edəcəyik”
Courtesy İmage

Bakı. 31 mart. REPORT.AZ/ “Nəhayət, biz NATO-nun Avropa, xüsusilə onun şərqində Rusiyanın Ukraynaya və başqa yerlərə təcavüzü ilə bağlı mövqeyini müzakirə etmək istəyirik”.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson Brüsseldə NATO-ya üzv dövlətlərin xarici işlər nazirlərinin toplantısından əvvəl jurnailstlər qarşısında çıxışı zamanı bildirib.

O, “Rusiyanın təcavüzünə” qarşı NATO-nun cavab tərdbirlərini müzakirə edəcəklərini söyləyib.

Reks Tillerson martın 31-də NATO-ya üzv dövlətlərin XİN başçılarının Brüsseldə keçiriləcək toplantısında iştirakdan məmnun olduğunun söyləyib. 

Bu yığıncağın aprelin 5-6-da keçirilməsi planlaşdırılsa da, lakin Reks Tillersonun iştirakı üçün toplantı martın 31-ə təyin edilib.

Dövlət katibi terrorçu İŞİD qruplaşmasına qarşı mübarizədə, Yaxın Şərqdə sabitliyin yaranmasında NATO-nun iştirakının vacibliyini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi