Yuxarı

Dövlət Departamentinin ​sözçüsü: "ABŞ "YPG"-ni terrorçu təşkilat saymır"

Con Kibr: Hər məsələdə eyni fikirdə olmaq məcburiyyətində deyilik

Bakı. 22 sentyabr. REPORT.AZ/ "Biz "YPG"-ni terrorçu qruplaşama kimi dəyərləndirmirik. Onlar İŞİD-ə qarşı mübarizədə uğurlar əldə ediblər və edəcəklər. Biz onlarla birlikdə fəaliyyətimizi davam etdirəcəyik. Bundan başqa onların heç də hamısı kürd deyil".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Con Kibri Vaşinqtonda keçirdiyi brifinqdə deyib. Jurnalistin "Türkiyə hökuməti "YPG"-ni ("Demokratik Birlik PArtiyası" - "Report") terrorçu qruplaşma olaraq, tanıyır, ABŞ isə "YPG"-yə dəstək verir. Arada bu qədər fərq var ikən iş birliyinizi necə davam etdirirsiniz" sualına cavabında ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, ABŞ Türkiyə hökumətinin "YPG" ilə bağlı narahatlığını başa düşür: "Türkiyə rəsmiləri ilə görüşlərimizi davam etdiririk. İŞİD-ə qarşı mübarizəni və bu mücadilədə dayaq olduğdunu təqdir edirik. Ancaq hər məsələdə eyni fikirdə olmaq məcburiyyətində deyilik. Mübarizədə harada, nə vaxt və əlinizdən nə gəlirsə, onu edərsiniz. Biz də əhəmiyyətli mübarizəni belə idarə edirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi