Dövlət Departamentinin nümayəndəsi Saakaşvili ilə bağlı Ukrayna prezidentinə məsləhət verib

Dövlət Departamentinin nümayəndəsi Saakaşvili ilə bağlı Ukrayna prezidentinə məsləhət verib Kurt Volker: “Mixeil Saakaşviliyə məhkəmədə vətəndaşlığı uğurunda mübarizə aparmağa icazə verilməlidir”
Region
13 Sentyabr , 2017 13:08
Dövlət Departamentinin nümayəndəsi Saakaşvili ilə bağlı Ukrayna prezidentinə məsləhət verib

Bakı. 13 sentyabr. REPORT.AZ/ “Ukrayna prezidenti Pyotr Poroşenko Mixeil Saakaşvili məsələsini dramatikləşdirməkdənsə, ölkənin idarə edilməsi və korrupsiyaya qarşı mübarizə ilə məşğul olmalıdır”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin Ukrayna məsələləri üzrə xüsusi nümayəndəsi Kurt Volker deyib. 

P.Poroşenkoya məsləhət verən diplomat vurğulayıb ki, Ukrayna hüquqi dövlət olmaq istəyirsə, M.Saakaşviliyə məhkəmədə vətəndaşlığını bərpa etmək uğurunda mübarizə aparmağa şərait yaradılmalıdır.

Son xəbərlər

Orphus sistemi