Dövlət Departamenti: Türkiyənin İraqdakı hərəkətləri Amerika hərbçilərinin həyatını təhlükə altında qoyub

Dövlət Departamenti: Türkiyənin İraqdakı hərəkətləri Amerika hərbçilərinin həyatını təhlükə altında qoyub "Biz olduqca yüksək səviyyədə Türkiyə hökumətinə narahatçılığımızı ifadə etdik"
Region
27 Aprel , 2017 23:50
Dövlət Departamenti: Türkiyənin İraqdakı hərəkətləri Amerika hərbçilərinin həyatını təhlükə altında qoyub

Bakı. 27 aprel. REPORT.AZ/ ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Mark Töner Türkiyənin İraqın şimal hissəsində Kürd Fəhlə Partiyası yaraqlılarının mövqelərinə endirdiyi havadan zərbələri şərh edib.

"Report" xəbər verir ki, o, Türkiyə tərəfinin koalisiya ilə əlaqəsinin olmamasının regionda Amerika hərbçilərinin həyatını təhlükə altında qoyduğunu bildirib.

"Biz olduqca yüksək səviyyədə Türkiyə hökumətinə bu günlərdə atılan addımla bağlı dərin narahatçılığımızı çox dəqiq şəkildə ifadə etdik", — deyə "Sputnik" Tönerin sözlərini sitat gətirir.

Son xəbərlər

Orphus sistemi