Dövlət Departamenti: ABŞ Rusiyanın Ermənistanda hərbi iştirakından narahat olmur

Dövlət Departamenti: ABŞ Rusiyanın Ermənistanda hərbi iştirakından narahat olmur "Bu iştirak faktı bizim üçün əngəl deyil"
Region
11 Fevral , 2015 12:23
Dövlət Departamenti: ABŞ Rusiyanın Ermənistanda hərbi iştirakından narahat olmur

Bakı. 11 fevral. REPORT.AZ/ Birləşmiş Ştatlar Ermənistanla müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığı dərinləşdirmək niyyətindədir. "Report" "news.am"a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin bildirib. 

Diplomatın sözlərinə görə, müasir təhlükələrə, o cümlədən beynəlxalq terrorizm təhlükəsinə daha effektiv şəkildə müqavimət göstərmək üçün ABŞ Ermənistan hökuməti ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. 

E.Rubin vurğulayıb ki, ABŞ Rusiya qoşunlarının Ermənistan ərazisində olmasından narahat deyil: "Biz işləri olduğu kimi qəbul edirik və reallığı dərk edirik ki, Ermənistanda Rusiyanın iştirakı mövcuddur. Biz güman etmirik ki, bu iştirak yox olacaq. Bu iştirak bizim üçün əngəl deyil", - Erik Rubin vurğulayıb. 

Onun fikrincə, Rusiyanın Ermənistandakı hərbi iştirakı ABŞ və Ermənistanın ikitərəfli münasibətlərinin inkişafına mane olmamalıdır və mane ola bilməz. 

Son xəbərlər

Orphus sistemi