Dövlət çevrilişi zamanı bağlanan İstanbuldakı Boğaziçi körpüsü qismən açılıb

Dövlət çevrilişi zamanı bağlanan İstanbuldakı Boğaziçi körpüsü qismən açılıb İstanbulun Asiya və Avropa hissələrini birləşdirən hər iki körpü iyulun 15-də gecə saatlarında bağlanmışdı
Region
16 İyul , 2016 10:18
Dövlət çevrilişi zamanı bağlanan İstanbuldakı Boğaziçi körpüsü qismən açılıb

Bakı. 16 iyul. REPORT.AZ/ İyulun 16-na keçən gecə dövlət çevrilişi zamanı bağlanan İstanbuldakı Boğaziçi körpüsü qismən açılıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu, körpüdə tanklarla hərəkəti dayandıran hərbçilərin təslim olmasından sonra mümkün olub.

Qeyd edək ki, İstanbulun Asiya və Avropa hissələrini birləşdirən hər iki körpü iyulun 15-də gecə saatlarında bağlanmışdı.

Xatırladaq ki, dünən gecə bir qrup hərbçi Türkiyədə dövlət çevrilişi etməyə cəhd göstərib.

Son xəbərlər

Orphus sistemi