​Dövlət Bağçalı: "Kiçik hesabların arxasınca qaçmırıq"

​Dövlət Bağçalı: "Kiçik hesabların arxasınca qaçmırıq" "Dekabrın 15-i növbədənkənar parlament seçkisi üçün uyğun vaxtdır"
Region
20 İyun , 2015 15:58
​Dövlət Bağçalı: Kiçik hesabların arxasınca qaçmırıq

Bakı. 20 iyun. REPORT.AZ/ "Dekabrın 15-i növbədənkənar parlament seçkisi üçün uyğun vaxtdır".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı bildirib.

O, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıcdaroğlunun "koalisiya hökuməti quraq, Bağçalı da baş nazir olsun" təklifini rədd edib: "Kiçik hesabların arxasınca qaçmırıq".

Bağçalı Ədalət və İnkişaf Partiyası (AKP) ilə koalisiya hökuməti qurulmasına "şərti bəli" deməklə yanaşı, növbədənkənar seçkiyə də "yaşıl işıq" yandırıb: "Əgər ölkədə hökumət böhranı yaranarsa, o zaman millətin iradəsinə müraciət etmək ən sağlam yoldur. Ən uyğun tarix dekabrın 15-idir. Əgər erkən seçkini hamı istəsə, biz də istəyəcəyik".

Dövlət Bağçalı ana müxalifət partiyası olmaq istədiklərini də vurğulayıb.

Son xəbərlər

Orphus sistemi