​Dövlət Bağçalı: "Koalisiya hökumətinin AKP-CHP arasında qurulacağı ehtimalı böyükdür"

​Dövlət Bağçalı: "Koalisiya hökumətinin AKP-CHP arasında qurulacağı ehtimalı böyükdür" "Biz məsuliyyətdən qaçmırıq"
Region
11 İyun , 2015 16:19
​Dövlət Bağçalı: Koalisiya hökumətinin AKP-CHP arasında qurulacağı ehtimalı böyükdür

Bakı. 11 iyun. REPORT.AZ/ "Ədalət və İnkişaf Partiyası (AKP) ilə Cümhuriyyət Xalq Partiyası (CHP) arasında bir koalisiya hökumətinin qurulması ehtimalı böyükdür. Müxtəlif dairələrdə bununla bağlı istəyin olduğu da diqqəti çəkir".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı bildirib.

O, partiya funksionerlərinə koalisiya hökumətinin qurulması və keçirilməsi ehtimal olunan növbədənkənar seçki ilə bağlı təlimatlar verib. Onun sözlərinə görə, "çözüm sürəci" oxu ətrafında olan partiyaların koalisiya qurması lazımdır.

"Seçki gecəsi dediklərimizin üstündəyik. Koalisiya hökuməti qurmaq üçün bütün kombinasiyaları yoxlasınlar. Ondan sonra bizimlə danışıqlara gəlsinlər. Biz məsuliyyətdən qaçmırıq. Bizim şərtlər də məlumdur. Növbədənkənar seçkinin keçirilməsindən də çəkinmirik", - Dövlət Bağçalı bildirib.

Son xəbərlər

Orphus sistemi