Gürcüstanda “donuz qripi”nə yoluxmuş iki azərbaycanlı reanimasiya şöbəsinə yerləşdirilib

Gürcüstanda “donuz qripi”nə yoluxmuş iki azərbaycanlı reanimasiya şöbəsinə yerləşdirilib Tbilisi. 23 yanvar. REPORT.AZ/ Gürcüstanın Marneuli rayonunda “donuz qripi” adlandırılan A (H1N1) virusuna yoluxmuş 3 nəfər xəstəxanada müalicə olunur.
Region
23 Yanvar , 2019 15:46
Gürcüstanda “donuz qripi”nə yoluxmuş iki azərbaycanlı reanimasiya şöbəsinə yerləşdirilib

Tbilisi. 23 yanvar. REPORT.AZ/ Gürcüstanın Marneuli rayonunda “donuz qripi” adlandırılan A (H1N1) virusuna yoluxmuş 3 nəfər xəstəxanada müalicə olunur.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, onlardan ikisi yerli azərbaycanlıdır.

Pasiyentlər Reanimasiya şöbəsinə yerləşdiriliblər. Bir azərbaycanlının vəziyyəti ağır, digərininki isə stabil qiymətləndirilir.

Xatırladaq ki, bu günə qədər Gürcüstanda 19 nəfər “donuz qripi”ndən ölüb. Hazırda qonşu ölkənin xəstəxanalarında 750-yə yaxın insan qrip virusundan müalicə olunur. Ölkədə 100 min nəfər sakinə 251 yoluxma halı düşür. 

Son xəbərlər

Orphus sistemi