​Donetskdə daş kömür şaxtasında qəza baş verib, ölən və yaralananlar var

​Donetskdə daş kömür şaxtasında qəza baş verib, ölən və yaralananlar var "Reuters": Hadisə nəticəsində 30-dan çox şaxtaçı ölüb
Region
4 Mart , 2015 12:29
​Donetskdə daş kömür şaxtasında qəza baş verib, ölən və yaralananlar var

Bakı. 4 mart. REPORT.AZ/ Ukraynanın Donetsk vilayətindəki Zasyadko adına daş kömür şaxtasında baş verən partlayış nəticəsində ölən və yaralananlar var.

"Report" "UNN"ə istinadən xəbər verir ki, qəza yerində 207 mədənçi olub.

Ukrayna Şaxtaçıların Müstəqil Həmkarlar təşkilatının sədri Mixail Volınetsin sözlərinə görə, mədəndə metan qazı qarışığının partlayışı olub. O, 47 mədənçinin taleyindən xəbər olmadığını bildirib.

"Reuters"in məlumatında isə bildirilib ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 30-dan çox şaxtaçı ölüb: "Şaxtadakı zəhərləyici qaza görə xilasedicilər ora girə bilmirlər".

"İnterfaks"ın məlumatına görə, qəza nəticəsində bir nəfər ölüb, 5 nəfər xəsarət alıb: "Hazırda 47 şaxtaçı yerin altında, o cümlədən 33-ü qəzalı yerdədir". 

Son xəbərlər

Orphus sistemi