Donald Tramp: "Oman körfəzində tankerlərə hücumu İran edib"

Donald Tramp: "Oman körfəzində tankerlərə hücumu İran edib" “Dəlillər açıq-aşkar şəkildə bunu İranın etdiyini təsdiqləyir”.
Region
14 İyun , 2019 17:10
Donald Tramp: Oman körfəzində tankerlərə hücumu İran edib

“Dəlillər açıq-aşkar şəkildə bunu İranın etdiyini təsdiqləyir”.

“Report” “Fox News” telekanalına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp iyunun 13-də Oman körfəzində Yaponiya, Tayvan və Omana məxsus neft tankerlərinə hücumla bağlı açıqlamasında vurğulayıb.

Ağ ev sahibi bildirib ki, hadisəyə görə Oman körfəzi bağlanmayacaq.

“İranın qarşısı necə alınacaq” sualına cavabında isə D.Tramp söyləyib: “Buna baxacağıq. Tehran hakimiyyəti nüvə silahına heç vaxt sahib olmayacaq”.

İran tərəfi isə irəli sürülən ittihamları rədd edib. 

Qeyd edək ki, iyunun 13-də Oman körfəzində neft tankerlərinə hücum olub.

Son xəbərlər

Orphus sistemi