KİV: Donald Tramp İranla nüvə razılaşmasından çıxmaq niyyətindədir

KİV: Donald Tramp İranla nüvə razılaşmasından çıxmaq niyyətindədir ABŞ prezidenti: “O, Yaxın Şərqdə zorakılıq törədir, xaos yayır”
Region
6 Oktyabr , 2017 16:33
KİV: Donald Tramp İranla nüvə razılaşmasından çıxmaq niyyətindədir

Bakı. 6 oktyabr. REPORT.AZ/ ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasından çıxmaq niyyətindədir.

“Report” BBC-yə istinadən xəbər verir ki, bu barədə ABŞ KİV-i məlumat yayıb.

ABŞ prezidenti məsələ ilə bağlı Ağ evdə hərbi komandanlıqla görüşdə deyib: “Siz tezliklə hər şeyi biləcəksiniz”. 

Ölkə KİV-ini bu qənaətə gəlməyə prezidentin “Ola bilsin, bu, fırtınaqabağı sakitlikdir” ifadəsi olub. Əgər Donald Tramp İranla nüvə razılaşmasına dair müqaviləni imzalamazsa, onda Konqres iki ay müddətinə Tehrana qarşı təkrar sanksiyanın tətbiqinə dair qərar qəbul etməlidir. Ağ evin indiki yiyəsinin qərarı isə oktyabrın 15-də məlum olacaq.

“İran rejimi terrorizmi dəstəkləyir. O, Yaxın Şərqdə zorakılıq törədir, xaos yayır. Biz məhz buna, İranın davam edən təcavüzünə və nüvə ambisiyasına son qoymalıyıq”, - Tramp görüşdə vurğulayıb.

Qeyd edək ki, 2015-ci il iyulun 15-də İranla Əhatəli Fəaliyyət Planı imzalanıb. Bu sənədə ABŞ və dünyanın aparıcı dövlətləri imza atıblar. Həmin razılaşmaya əsasən, İran nüvə proqramını dayandırıb, qarşı tərəf isə Tehrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları ləğv edib. 

Son xəbərlər

Orphus sistemi