Donald Tramp: "ABŞ Yaxın Şərqə daxil olmaqla səhv edib"

Donald Tramp: "ABŞ Yaxın Şərqə daxil olmaqla səhv edib" ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı olacaq
Region
24 Noyabr , 2017 16:28
Donald Tramp: ABŞ Yaxın Şərqə daxil olmaqla səhv edib
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp / REUTERS/ Kevin Lamarque

Bakı. 24 noyabr. REPORT.AZ/ “Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Orta Şərqdə sülhün gəlməsi məsələsini müzakirə edəcəyik”.

“Report” "Ahaber"ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb.

Danışıq ABŞ prezidentinin təşəbbüsü ilə reallaşacaq.

“ABŞ-ın Yaxın Şərqə daxil olması qərarı əvvəldən səhv addım idi. Bu trilyonlarla dollar və çoxlu sayda insan itkisinə səbəb oldu”, - deyə Donald Tramp vurğulayıb.

Son xəbərlər

Orphus sistemi