Dmitri Peskov: "Vladimir Putinin mətbuat konfransı yüksək təhlükəsizlik tədbirləri ilə keçiriləcək"

Dmitri Peskov: "Vladimir Putinin mətbuat konfransı yüksək təhlükəsizlik tədbirləri ilə keçiriləcək" "Dövlət başçısının iştirakı ilə keçirilən tədbirlərdə təhlükəsizlik ən yüksək səviyyədə təmin olunur"
Region
21 Dekabr , 2016 15:43
Dmitri Peskov: Vladimir Putinin mətbuat konfransı yüksək təhlükəsizlik tədbirləri ilə keçiriləcək

Bakı. 21 dekabr. REPORT.AZ/ Rusiya Prezidenti Vladimir Putinin dekabrın 23-də keçiriləcək böyük mətbuat konfransında ənənəvi olaraq yüksək təhlükəsizlik tədbirləri görüləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Dövlət başçısının iştirakı ilə keçirilən tədbirlərdə təhlükəsizlik ən yüksək səviyyədə təmin olunur" - D.Peskov vurğulayıb.

Qeyd edək ki, Ankarada qətlə yetirilmiş Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovla vida mərasimində iştirak səbəbinə görə V.Putinin mətbuat konfransının tarixi bir gün sonraya - dekabrın 23-nə keçirilib.

Son xəbərlər

Orphus sistemi