Dmitri Peskov: "Türkiyədə, Ermənistanda və Qazaxıstanda baş verənlərə eyni gözlə baxmaq olmaz"

Dmitri Peskov: "Türkiyədə, Ermənistanda və Qazaxıstanda baş verənlərə eyni gözlə baxmaq olmaz" Kreml: "Vəziyyət yaxından izlənilir"
Region
18 İyul , 2016 15:40
Dmitri Peskov: Türkiyədə, Ermənistanda və Qazaxıstanda baş verənlərə eyni gözlə baxmaq olmaz

Bakı. 18 iyul. REPORT.AZ/ "Türkiyədə, Ermənistanda və Qazaxıstanda baş verən hadisələrə eyni gözlə baxmaq olmaz. Bu hadisələri konkret hal kimi təhlil etmək lazımdır".

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin "Kremldə Türkiyədə, Ermənistanda və Qazaxıstanda sabitliyin pozulması arasında əlaqə görmürlər?" sualını cavablandıran zaman deyib.

"Bir halda söhbət çoxsaylı insan tələfatı ilə nəticələnən dövlət çevirilişinə cəhddən gedirsə, digər hallarda müxtəlif kriminal təzahürlər önə çıxır", - deyə D.Peskov bildirib.

Mətbuat katibinin sözlərinə görə, Rusiya sərhədlərinin təhlükəsizliyi müvafiq qaydada təmin olunur, vəziyyət yaxından izlənilir.

"Əlbəttə, sərhədlərimizdə belə turbulentliyin yaranması narahatlıq doğurur. Şübhəsiz, bu, vəziyyəti diqqətlə izləməyi, onu təhlil etməyi tələb edir. Qəbul edilən məlumata əsasən, lazımi tədbirlər görülür", - deyə Rusiya prezidentinin mətbuat katibi vurğulayıb.

Son xəbərlər

Orphus sistemi