Bakı. 4 aprel. REPORT.AZ/ Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Amerika mətbuatında Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Trampın gizli rabitə kanalının yaradılmasının müzakirə edilməsi haqqında çıxan iddiaları tam cəfəngiyyat adlandırıb.
Bu barədə "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir.
Xatırladaq ki, daha əvvəl "Washington Post" qəzeti "Blackwater" özəl hərbi şirkətinin təsisçisinin Rusiya və ABŞ prezidentləri arasında əlaqələr qurduğunu yazıb. İddiaya görə, o, yanvar ayında Rusiya və ABŞ liderləri arasında kommunikasiya kanalı yaratmaq üçün prezidentin etibarlı adamı ilə gizli görüş keçirib.