Dmitri Peskov: "Putinin səfəri zamanı şəhərdə terror hücumunun olması düşünməyə məcbur edir"

Dmitri Peskov: "Putinin səfəri zamanı şəhərdə terror hücumunun olması düşünməyə məcbur edir" "Rusiyada istənilən terror aktı hamı, o cümlədən prezident üçün çağırışdır"
Region
4 Aprel , 2017 15:34
Dmitri Peskov: Putinin səfəri zamanı şəhərdə terror hücumunun olması düşünməyə məcbur edir

Bakı. 4 aprel. REPORT.AZ/ "Terror aktının Rusiya prezidentinin Sankt-Peterburqda olduğu müddətdə törədilməsi faktının özü düşünməyə məcbur edir".

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rəsmi Kremlin terror aktını prezidentə şəxsi çağırış kimi qəbul edib-etməməsi ilə bağlı verilən sualın cavabında deyib.

"Bu məsələ dərhal üzərinə diqqət cəlb edir. İndi hadisəni xüsusi xidmət orqanları araşdırır", - o bildirib.

D.Peskovun sözlərinə görə, Rusiyada istənilən terror aktı hamı, o cümlədən prezident üçün çağırışdır.

Son xəbərlər

Orphus sistemi