Dmitri Peskov ötən il Rusiya prezidentindən və baş nazirindən daha çox qazanıb

Dmitri Peskov ötən il Rusiya prezidentindən və baş nazirindən daha çox qazanıb Rusiya prezidentinin mətbuat katibi 2016-cı ildə 12,8 milyon rubl qazanıb
Region
14 Aprel , 2017 17:36
Dmitri Peskov ötən il Rusiya prezidentindən və baş nazirindən daha çox qazanıb

Bakı. 14 aprel. REPORT.AZ/ Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 2016-cı ildə 12,8 milyon rubl qazanıb. Bu, Rusiya Prezidenti Vladimir Putin və Baş nazir Dmitri Medvedevin ötən ildəki gəlirlərindən çoxdur.

"Report" xəbər verir ki, bu barədə Kremlin saytında dərc olunmuş gəlirlər barədə bəyannamədə məlumat verilib.

Bəyannaməyə əsasən, D.Peskovun iki mənzili, daha bir mənzildə yarım payı, avtomobil parkı yeri, eləcə də "Toyota Land Cruiser 200" avtomobili var.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən il 8,858 milyon rubl, Rusiya Baş naziri Dmitri Medvedev isə 8,58 milyon rubl qazanıb.

Rusiya prezidentinin mətbuat katibinin həyat yoldaşı, fiqurlu kankisürən Tatyana Navkanın gəliri 120,8 milyon rubl təşkil edib. O, sahəsi təqribən 8000 və 1400 kvadratmetr olan iki torpaq sahəsinin, iki evin, dörd mənzilin və avtomobil parklanması üçün yerin sahibidir. Keçmiş atletin "Mercedes CL 63 AMG", "Mercedes ML 63 AMG", "Lexus RX350" markalı maşınları və "Yamaha" yolsuzluq motoavtomobili var.

Son xəbərlər

Orphus sistemi