Yuxarı

​Dmitri Medvedev: "Rusiyanın Suriyadakı hərbi əməliyyatlara xərclədiyi maliyyə sirridir"

Rusiyanın baş naziri: Bütün xərclər büdcə çərçivəsindədir

Bakı. 9 dekabr. REPORT.AZ/ "Rusiya Müdafiə Nazrilyinin Suriyadakı fəaliyyətinin xərcləri sirrdir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın baş naziri Dmtiri Medvedev yerli televiziyalara müsahibəsində bildirib.

Baş nazir Rusiyanın Suriyadakı əməliyyatlara xərclədiyi vəsaitin miqdarını açıqlamayıb: "Bu sirdir. Ancaq bunu deyə bilərəm ki, Rusiya Silahlı Qüvvələri Müdafiə Nazirliyinin büdcəsi çərçivəsində fəaliyyət göstərir. Onlar Suriyadakı əməliyyatlar üçün əlavə maliyyə xərci ilə bağlı müraciət etməyiblər".

Qeyd edək ki, "İHS" araşdırma mərkəzinin məlumatına görə, Kreml bir gündə Suriyadakı hərbi əməliyyatlara gündə azı 2,4 milyon dollar sərf edir. Bununla belə, qeyri-rəsmi mənbələr Rusiyanın bu ölkədəki əməliyyatlara gündəlik real xərcinin 4 milyon dollara çatdığını bildiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi