Yuxarı

​Dmanisdəki qızıl mədəni ilə bağlı parlament komissiyası yaradılıb

Bu ərazi Borçalı mahalında - Kvemo-Kartli ərazisindədir

Bakı. 26 dekabr. REPORT.AZ/ Gürcüstan parlamenti "Azad demokratlar"ın təşəbbüsü ilə Sakdris-Kaçaqani qızıl yatağı ətrafında baş verən hadisələrlə bağlı müvəqqəti araşdırma komissiyasının yaradılmasını dəstəkləyib.

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu komissiyanın yaradılmasının lehinə 58, əleyhinə isə 14 deputat səs verib.

"Gürcü arzusu" parlamentin belə bir komissiyasının yaradılmasına qarşı idi.

Xatırladaq ki, "Azad demokratlar" Sakdrisi-Kaçaqani ərazisində yerləşən qızıl mədənindəki vəziyyəti öyrənməyi və oradakı işlərin dayandırılmasını tələb edirdi.

Bu ərazi Borçalı mahalında - Kvemo-Kartli ərazisindədir. "RMG Gold" şirkəti orada qızıl hasil etmək üçün qazıntı işləri aparır.

Yerli sakinlər Sakdrisi-Kaçaqanidə 9 gün müddətində etiraz aksiyası keçirmişdi. Onlar həmin bölgənin tarixi-mədəni yer olduğunu bildirərək, orada qazıntı işlərinin aparılmasına qarşı çıxmışdı.

Hadisə yerində ölkənin mədəniyyət naziri Quram Odirşariya da olub. O, etirazçılara həmin ərazidəki tarixi abidələrin dağıdılmasının qarşısını almaq üçün bütün tədbirləri görəcəklərini vəd edib. Bundan başqa, nazirlik orada 8 gün monitorinq aparıb.

Sahəsi 9 hektar olan Sakdrisi-Kaçaqianini Borçalı mahalının, Kvemo-Kartlinin azərbaycanlılar yaşayan Dmanisi rayonundan bir neçə kilometr aralı yerləşir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi