Diyarbəkirdə PKK-ya aid 3 mağara və 16 yeraltı sığınacaq aşkarlanıb

Diyarbəkirdə PKK-ya aid 3 mağara və 16 yeraltı sığınacaq aşkarlanıb Sığınacaqlarda terrorçular üçün hər cür şərait yaradılıb
Region
2 İyul , 2016 14:52
Diyarbəkirdə PKK-ya aid 3 mağara və 16 yeraltı sığınacaq aşkarlanıb

Bakı. 2 iyul. REPORT.AZ/ Türkiyənin Diyarbəkir şəhərinin Lice rayonunda PKK terror təşkilatına məxsus 3 mağara və 16 yeraltı sığınacaq aşkar edilib. 

“Report”un “Habertürk”ə istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələri və polis əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində əldəqayırma partlayıcı qurğular, həmin partlayıcı qurğuların hazırlanmasında istifadə edilən müxtəlif çəkili qaz balonları və digər ləvazimatlar, minaatanlar, minalar, pulemyotlar, tapançalar, tüfənglər, qumbaralar, Molotov kokteylləri, ratsiyalar, ərzaqlar, dərmanlar, su çəlləkləri, paltarlar (bəzi paltarlar açıq sahələrdə torpağa basdırılıb - "Report"), narkotik maddələr, kitablar, bayraqlar, simvollar və s. müsadirə olunub.

Məlumata görə, sığınacaqlardan birinin sahəsi 250 kvadratmetrdir. Burada 4 otaq, mətbəx, hamam var. Ümumiyyətlə, sığınacaqlarda terrorçuların təlim keçmələri, "təhsil" almaları və s. üçün hər cür şərait yaradılıb. Hətta bəzi sığınacaqlar əkin tarlalarının yaxınlığında yerləşir. 

Son xəbərlər

Orphus sistemi