​Diyarbəkirdə Yeni İHYA DER rəhbəri öldürülüb

​Diyarbəkirdə Yeni İHYA DER rəhbəri öldürülüb Qətldə Kürd Fəhlə Partiyası ittiham olunur
Region
9 İyun , 2015 23:59
​Diyarbəkirdə Yeni İHYA DER rəhbəri öldürülüb

Bakı. 9 İyun. REPORT.AZ/ Bu gün Türkiyənin əsasən kürdlərin məskunlaşdığı Diyarbəkir şəhərində 4 nəfər qətlə yetirilib.

"Report" "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, öldürülənlər arasında "Yeni IHYA DER group" İslam təşkilatının rəhbəri Aytac Beren də var.

Berenin qətlə yetirilməsi səbəbləri məlum deyil. O, silahlı hücumdan sonra hospitalda dünyasını dəyişib.

Digər üç nəfər Berenin ölümündən sonra baş verən qarşıdurmalar zamanı həlak olub. Təşkilat artıq qətl ilə bağlı kürdlərin məsuliyyətli olduğunu bəyan edib. Qətlə yetirilənin vəkili Orxan Abdulqəninin sözlərinə görə, Bereni qadağan olunmuş Kürd Fəhlə Partiyasının nümayəndələri qətlə yetiriblər.

Son xəbərlər

Orphus sistemi