Yuxarı

​Diyarbəkirdə əməliyyat zamanı təxminən 280 PKK üzvü öldürülüb

Əməliyyat başa çatsa da, Sur qəzasında reydlər davam etdirilir

Bakı. 10 mart. REPORT.AZ/ Türkiyə Silahlı qüvvələrinin Baş Qərargahı cümə axşamı Diyarbəkir şəhərinin Sur qəzasında üç aydan çox davam edən əməliyyatların başa çatdığını bəyan edib.

"Report"xəbər verir ki, bəyanata görə, əməliyyat zamanı Kürd Fəhlə Partiyasının (PKK) 279 üzvü zərərsizləşdirilib.

"Surda anti-terror əməliyyatı başa çatıb. Əməliyyat zamanı PKK terror təşkilatının 279 üzvü öldürülüb, 206 barrikada dağıdılıb, 365 əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib. Həmçinin 504 ədəd silah, 48 mindən çox patron, 10 radio stansiyası və 3,47 kiloqram partlayıcı maddə götürülüb", — deyə qərargahın bəyanatında bildirilir.

Əməliyyat başa çatsa da, Surda PKK-ya qarşı reydlər, onlar tərəfindən qazılmış xəndəklərin doldurulması və barrikadaların dağıdılması işləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi