Diyarbəkir əyalətində AKP-nin qərargahına basqın edilib

Diyarbəkir əyalətində AKP-nin qərargahına basqın edilib Bu, son bir ayda qərargahın binasına edilən üçüncü basqındır
Region
22 Avqust , 2015 09:59
Diyarbəkir əyalətində AKP-nin qərargahına basqın edilib

Bakı. 22 avqust. REPORT.AZ/ Ədalət və İnkişaf Partiyasının (AKP) Diyarbəkir əyalət şöbəsi qərargahının binasına partlayıcı atılması nəticəsində bir polis yaralanıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, əyalətin Kayapınar rayonunda yerləşən qərargahının binasına naməlum şəxslər iki partlayıcı tullayıb.

Partiyanın əyalət şöbəsinin sədri Məhəmməd Akar deyib ki, bu, son bir ayda qərargahın binasına edilən üçüncü basqındır.

Hadisədən sonra təhlükəsizlik əməkdaşları binanı nəzarətə alıb. 

Son xəbərlər

Orphus sistemi