DİN: Gürcüstan nüvə materiallarının qanunsuz dövriyyəsi riski ilə üz-üzə qalıb

DİN: Gürcüstan nüvə materiallarının qanunsuz dövriyyəsi riski ilə üz-üzə qalıb Georgi Mqebrişvili: "Gürcüstanın tranzit mövqeyi radioaktiv və nüvə maddələrinin qanunsuz dövriyyəsi riskini şərtləndirir"
Region
31 May , 2016 16:21
DİN: Gürcüstan nüvə materiallarının qanunsuz dövriyyəsi riski ilə üz-üzə qalıb

Bakı. 31 may. REPORT.AZ/ Radioaktiv və nüvə maddələrinin qanunsuz ticarətinə qarşı səmərəli mübarizə aparmaq üçün bütün dövlət idarələrinin koordinasiyalı fəaliyyəti tələb olunur.

"Report" "Qruziya-Online" portalına istinadən xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili kimyəvi, bioloji, radioloji və nüvə elmi və onların nəticələrinin idarə edilməsi üzrə Dünya Konqresində çıxış edərkən deyib.

Xatırladaq ki, aprelin ortalarında Gürcüstanda 200 milyon ABŞ dollarına uran satmaq istəyərkən 6 nəfər, o cümlədən 3 Ermənistan vətəndaşı həbs edilmişdi.

O, Gürcüstanın tranzit mövqeyinin radioaktiv və nüvə maddələrinin qanunsuz dövriyyəsi riskini şərtləndirdiyini bildirib. G.Mqebrişvili Gürcüstanın hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə nüvə materiallarının qaçaqmalçılığı faktlarının müəyyən edildiyini də vurğulayıb.

"Gürcüstan Daxili İşlər Nazirliyi bu baxımdan dövlət sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün hər cür səy göstərir. Lakin radioaktiv və nüvə maddələrin qanunsuz ticarətinə qarşı səmərəli mübarizə aparmaq üçün bütün dövlət idarələrinin koordinasiyalı fəaliyyəti tələb olunur", - deyə nazir qeyd edib.

Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, Gürcüstanda 2015-ci ilin avqustundan bu yana nüvə materiallarının qanunsuz dövriyyəsinə dair 4 fakt müəyyən edilərək onların qarşısı alınıb. Ümumilikdə 19 nəfər həbs edilib.

Son xəbərlər

Orphus sistemi