Gürcüstan yanğınlarla əlaqədar yenidən qonşu ölkələrə müraciət edib - ƏLAVƏ OLUNUB

Gürcüstan yanğınlarla əlaqədar yenidən qonşu ölkələrə müraciət edib - ƏLAVƏ OLUNUB Giorgi Mqebrişvili: "Müraciət etmişik, amma konkret cavablar günün ikinci yarısında gələcək"
Region
30 Avqust , 2017 10:10
Gürcüstan yanğınlarla əlaqədar yenidən qonşu ölkələrə müraciət edib - ƏLAVƏ OLUNUB

Bakı. 30 avqust. REPORT.AZ/ Gürcüstan Abastumanidəki yanğını söndürmək məqsədi ilə yenidən qonşu ölkələrə müraciət edib. 

"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər naziri Giorgi Mqebrişvili jurnalistlərə açıqlamasında bildirib. 

"Yardım məqsədilə dost ölkələrə müraciətlər etmişik, amma konkret cavablar günün ikinci yarısında gələcək. Bundan sonra aviasiya baxımından hansı qüvvələrin mobilizə olunacağını biləcəyik, canlı qüvvəyə isə ehtiyac yoxdur. Hadisə yerində xeyli yanğınsöndürən-xilasedici var", - G.Mqebrişvili deyib. 

Onun sözlərinə görə, Abastumanidə yeni yanğın ocağı yaranıb, amma bu, yaşayış məntəqəsindən xeyli uzaqdır.

"Biz ağır texnikanı olay yerinə göndərmişik, yaxın saatlarda təyinat nöqtəsində olacaq. Texnika yanğın ocağına doğru yolu açacaq və yanğınsöndürən maşınlar içəriyə doğru hərəkət edəcək. Eyni zamanda canlı qüvvə cəlb olunub. Yanğını yerində lokallaşdırmaq üçün əlavə qüvvələr göndəririk", - Gürcüstan DİN başçısı vurğulayıb. 

Qey edək ki, 2017-ci ilin yayında Gürcüstan ərazisində bir sıra yanğın olub. Bunlardan ən böyüyü Daba kəndi yaxınlığındakı Borjomi-Xaraqauli meşəsində baş verib. Yanğın 6 günə söndürülüb. İlkin məlumatlara görə, 100 hektardan çox sahə yanıb. Alovun söndürülməsində Gürcüstana qonşu ölkələr, o cümlədən Azərbaycan və Türkiyə kömək edib.

Borjomi-Xaraqauli meşəsində yanğını lokallaşdırdıqdan sonra Gürcüstanın daha iki bölgəsində - Kaxeti və Samtsxe-Cavaxetidə yeni yanğınlar baş verib.

Son xəbərlər

Orphus sistemi